İrandakı aksiyalarla bağlı ŞOK FAKTLAR üzə çıxdı: etirazları alovlandıran ölkələrin məqsədi...

İrandakı aksiyalarla bağlı ŞOK FAKTLAR üzə çıxdı: etirazları alovlandıran ölkələrin məqsədi...
09:53 25 Noyabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

İranda benzinin bahalaşmasından sonra başlayan etiraz aksiyalarına xaricdən dəstək olub.

Publika.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran polisinin Din və Siyasət Qurumunun sədri Əli Rza Edyani danışıb.

Sədr etiraz aksiyaları zamanı saxlanılan şəxslərin dindirildiyini və onların xarici ölkələrlə əlaqələrinin aşkar olduğunu deyib: “Bəzilərinin Səudiyyə Ərəbistanı, Xalqın Mücahidləri Təşkilatı və Şah tərəfdarları ilə əlaqələri olduğu ortaya çıxdı. Aksiyalara rəhbərlik edən 182 nəfəri düşmənlər istiqamətləndirib.

Aksiyalarda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında yaşanan qarşıdurmaları “təhlükəsizlik savaşı” adlandıran Edyani ölkə düşmənlərinin hədəfnin İranı Suriya və İraq çevrimək olduğunu əlavə edib.

Qeyd edək ki, İranda şah rejimini devirmək məqsədilə 1965-ci ildə mühafizəkar gənclər tərəfindən qurulan silahlı təşkilat daha sonra Xalqın Mücahidləri Təşkilatı adlandırıldı. İnqilabdan sonra ölkədə rejimə qarşı silahlı mübarizəyə başlayan təşkilatın mərkəzi Fransanın paytaxtı Parisdə yerləşir.

Xatırladaq ki, ABŞ-ın sanksiyalarından sonra iqtisadiyyatı çökən İranda noyabrın 15-də benzin 3 qat bahalaşıb. Hökumət etiraz aksiyalarındakı zorakılığın dünyaya yayımlanmaması və etirazçıların bir-birilərilə əlaqə qura bilməməsi üçün interneti kəsmişdi.

Beynəlxalq Əfv Təşkilatı etirazlarda 115 nəfərin öldüyünü açıqlayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/297119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR