Bakıda İran vətəndaşının 130 min manatını əlindən alan şəxs azadlığa buraxıldı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Vahid Əsgərovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Metbuat.az xəbər verir ki, Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qisməm təmin edilib və V.Əsgərova şərti cəza verilib. O, azadlığa buraxılıb.

İttiham aktına əsasən, V.Əsgərov Bakıda İran vətəndaşı Afşin Gəncəlizadənin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.

O, xırda və iribuynuzlu heyvan ticarəti ilə məşğul olmaq və Rəsulzadə qəsəbəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evini satmağı təklif edərək, dələduzluq yolu ilə İran vətəndaşının 130 697 min manat pulunu ələ keçirib.

A.Gəncəlizadənin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan V.Əsgərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi V.Əsgərovun cəzasını səkkiz ilə endirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR