ABŞ-da atışma baş verib

ABŞ-da Vaşinqton ştatının Vankuver şəhərindəki ibtidai məktəbdə baş verən atışmada azı iki nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Klark şəhərinin şerifinin saytında yerləşdirilən açıqlamada deyilir. Hadisə zamanı yaralanan şəxslər xəstəxanaya aparılıb, hal-hazırda vəziyyətləri barədə məlumat yoxdur.

Polis atəş açan şəxsin kimliyini müəyyən edərək təqib etsə də şübhəli şəxs intihar edib.

Hazırda araşdırma aparılması üçün atışma baş verən əraziyə yaxın bir sıra küçələr bağlanıb.

Yerli “The Columbian” qəzetinin yazdığına görə, hadisə məktəb binasının yaxınlığındakı avtomobil dayanacağında, dərslər bitdikdən sonra baş verib. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR