"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Rahib Salmanovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə avqustun 12-si saat 17 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin qəsəbənin H.Allahverdiyev küçəsində naməlum şəxs tərəfindən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Cavadova kürək nahiyəsindən daxilə nüfuz edən bıçaqla xəsarət yetirilib.
Yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunmuş Natiq Məmmədov müəyyən olunaraq tutulub.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.