Astara rayonunda maarifləndirici tədbir keçirilib -

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astararayonu Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində rayonun Səncərədi kəndində maarifləndirici tədbir keçirilib.

Metbuat.az bildirir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Artupa kənd məscidi dini icmasının sədri Ağadada Cavadov, Səncərədi kənd məscidi dini icmasının sədri Sədail Həbibov, Səncərədi kənd tam orta məktəbinin müəllimi Ramin Həsənov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

Çıxışlar zamanı ailə dəyərlərimizə olan kənar təsirlər və bu təsirlərdən qorunmağın yolları müzakirə edilib. Erkən nikahlar, dini radikalizm və zərərli vərdişlərin ailə dəyərlərimiz üçün təhlükəli olduğu qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR