"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin may ayında Yasamal rayonu ərazisində baş verib.
F.Hüseynov rayonun Zərgərpalan küçəsi, 87 ünvanında 1995-ci il təvəllüdlü Nəzərov Əbülqasım İlyas oğlunu bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və təcili əməliyyat edilib.
F.Hüseynova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.