Messi 34 kluba qol vurmaqla Çempionlar Liqasında rekorda imza atıb

Messi 34 kluba qol vurmaqla Çempionlar Liqasında rekorda imza atıb
04:52 28 Noyabr 2019
143 Digər
Ölkə mətbuatı
A- A+

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi 34-cü klubun qapısına qol vuraraq Çempionlar Liqasında rekorda imza atıb.
"Report" xəəbər verir ki, hücumçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun Dortmundun "Borussiya" komandası ilə matçda fərqlənib.
Messi bu nəticə ilə "Yuventus"un hücumçusu Kriştian Ronaldunu və "Real"ın sabiq-hücumçusu Raul Qonsalesi qabaqlayıb. Həmin hücumçular Çempionlar Liqasında 33 kluba qol vurublar.
Otuz iki yaşlı Messi həm də "Barselona" tarixində ən yaxşı bombardirdir. O, klubun 700 matçında 613 qolun müəllifidir. Messi həmçinin 249 səmərəli ötürmə edib.
Argentina futbolçusunun Katalon klubu ilə müqaviləsi 2021-ci il ilin yayına qədər qüvvədədir. Messi "Qızıl top"un beşqat sahibidir. O, altı dəfə "Qızıl butsı" alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-34-kluba-qol-vurmaqla-cempionlar-liqasinda-rekorda-imza-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR