“VAZ 2106” aşdı: yaralılar var

“VAZ 2106” aşdı: yaralılar var
10:05 28 Noyabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı Seyfəli kənd sakini, 39 yaşlı Bayramov Kamil və hələlik adı bilinməyən 2  nəfər xəsarət alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzaya səbəb "VAZ 2106" markalı minik maşınının qabağına "KamAZ" markalı yük avtomobilinin çıxması olub. 

Şəmkir rayonunda yol qəzasında yaralananların kimliyi məlum olub.

Xəsarət alanlar Seyfəli kənd sakinləri - 1980-ci il təvəllüdlü Bayramov Kamil Nürəddin oğlu, 

1976-cı il təvəllüdlü İbrahimov Elxan Vilayyət oğlu və Sehman Ələkbərovdur. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/805890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR