Azərbaycan növbədənkənar parlament seçkiləri ərəfəsindədir -

Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Metbuat.az bildirir ki, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verib. Bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov bildirib.

Əli Əhmədov - Yeni Azərbaycan Partiyasının sədr müavini

“YAP-ın Siyasi Şurası qərara aldı ki, Azərbaycan parlamentinin də yenilənməsi, müasirləşməsi də islahatlar prosesinə aid edilsin. Buna görə də parlamentin buraxılmasına dair Prezidentə müraciət ünvanlanıb. Parlamentdə YAP- ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, Milli Məclisin plenar iclasında məsələni müzakirəyə çıxaracaq”.

Əli Əhmədov onu da qeyd edib ki, əsas məqsədlərdən biri vətənpərvər gənclərdən ibarət parlamentin formalaşmasıdır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərini müvafiq qurumlar təyin edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR