Seneqalda yetişdirilən nəhəng Ladoum qoyunları həm görünüşü, həm də astronomik qiymətləri ilə hamını təəccübləndirir. Hündürlüyü 1,5 metrə, çəkisi isə 180 kiloqrama çatan bu heyvanlar hallarda lüks avtomobil qiymətinə satılır.

Metbuat.az xarici mediaya istinadən xəbər ki, adi təsərrüfat heyvanlarından fərqli olaraq, bu qoyunlar xüsusi şəraitdə saxlanılır, nəsil şəcərələri qeydə alınır və damazlıq məqsədilə yetişdirilir.

Məlumata görə, Ladoum cinsindən olan bəzi qoyunların qiyməti hərraclarda 90 min dollara qədər yüksəlir.

Moritaniya mənşəli Toubaire və Mali mənşəli Balibali cinslərinin qarışığından meydana gəldiyi bildirilən Ladoum qoyunları iri bədən quruluşu ilə seçilir. Yetkin fərdlərin hündürlüyü 1,5 metrə, çəkisi isə 180 kiloqrama çata bilir.

Bu heyvanlar bir çox hallarda adi tövlələrdə deyil, xüsusi hazırlanmış, kondisionerlə təchiz olunmuş otaqlarda, hətta evlərin salonlarında saxlanılır. Onlara xüsusi adlar verilir, mənşələri və nəsil şəcərələri doğulduqları gündən etibarən qeydə alınır.

Ladoum qoyunlarının dəyərini müəyyən edən əsas amillər arasında onların fiziki göstəriciləri, safqan mənşəyi və valideynlərinin yarışlarda qazandıqları uğurlar yer alır. Bu səbəbdən onların bəziləri adi kənd təsərrüfatı heyvanından daha çox kolleksiya və nüfuz simvolu kimi qiymətləndirilir.