Azərbaycan dünya üçün ən ideal multiklutiralizm modelidir. Dünyəvi dəyərlər üzərində qurulan dövlətimiz üçün dinə xüsusi həssaslıqla yanaşılır. Bu konteksdə dünyanın qarşılaşdığı bütün problemlər Azərbaycanda özünün ən münasib həllini tapıb.
Metbuat.az bildirir ki, dünyəvi prinsiplər əsasında idarə olunan Azərbaycanda dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Din dövlətdən ayrıdır anlayışına qarşı çıxanlarsa məhdud saydadırlar və narahatlıq yaratmırlar.
GÜNDÜZ İSMAYILOV - DQİDK-nin SƏDR MÜAVİNİ
"Azərbaycanda dünyəviliyə yanaşma 21-ci əsrin baxış bucağı ilə tam eynilik təşkil edir. Dünyəvilik Azərbaycana haradansa idxal olunmayıb. Azərbaycan xalqının spesifik bir dünya görüşüdür. Spesifik bir yanaşmasıdır. Dindarlıq artdıqca dünyəviliklə bağlı məsələlər aktuallığını kəsb edir. Müəyyən radikal qruplar var ki, dünyəviliyə qarşı çıxırlar. Amma bunlar böyük qruplar deyil. Kiçik qruplardır. Onların düşüncəsinin əsasını din təşkil edə bilməz."
“Azərbaycanda dünyəviliyin tarixi və bu günü” adı altında təşkil edilən konfransda bildirildi ki, Azərbaycan dünyəvi dövlət olsa da, qanun qarşısında bütün dini qurumların bərabər olması prinsipini qəbul edir və bu məsələyə qayğı və diqqətlə yanaşılır.