66 yaşında ana olmuş qadının maraqlı hekayəsi - FOTO

66 yaşında ana olmuş qadının maraqlı hekayəsi - FOTO
07:12 29 Noyabr 2019
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rumıniyada yaşayan Adriana İliesku adlı qadın 66 yaşında uşaq dünyaya gətirməklə bütün dünyada məşhurlu qazanı. O, ən gecə yaşda uşaq dünyaya gətirən qadın kimi "Ginnesin Rekordlar Kitabı"na da düşüb.

Milli.Az xəbər verir ki, hazırda 81 yaşı olan Adriananın qəribə həyat hekayəsi var.

O, 20 yaşında ailə qurub. Lakin, ana olmaq arzusu reallaşmayıb. Uşaq istəməyən ərindən qısa zaman sonra ayrılıb. Adriana daha sonra 9 il sonsuzluğa görə müalicə ala da, müsət nəticə ala bilməyib.

66 yaşına çatanda isə gözlənilməz qərar alınıb. O, ana olmaq arzusunu süni mayalanma yolu ilə reallaşdırmağı qərara alıb. Bu dəfə isə cəhdi uğurlu alınıb.

3 uşağa hamilə qalan qadının hamiləliyi isə o qədər də uğurlu keçməyib. 2 uşağı bətnində ölüb, biri isə prematür (vaxtından tez, natamam) olaraq dünyaya gəlib. Özü və körpəsi həftələrlə həyatda qalmaq üçün mübarizə aparıb. Nəhayət uzun müalicələrdən sonra onların həyatı xilas olunub.

Amma Adriananın çətinliyi bununla da bitməyib. 66 yaşında, üstəlik süni mayalanma yolu ilə uşaq dünyaya gətirdiyi üçün çevrəsindən təzyiqlərlə üzləşib. Lakin, o, bütün təzyiqlərə baxmayaraq qızı Elizanı təkbaşına böyütməyi bacarıb.

İxtisasca rumın dili və ədəbiyyatı müəllimi olan Adriana uşaqlar üçün 25-dən çox kitabın da müəllifidir. O, pensiyaya çıxdıqdan sonra qızının təhsili ilə yaxından maraqlanıb, bütün bacarığını onun savadlı bir insan yetişməsi üçün ortaya qoyub.

Hazırda onları görənlər Adriananı Elizanın nənəsi hesab edirlər. Amma Adriana bu reaksiyalara fikir vermədən qızı ilə xoşbət yaşamaq üçün çalışır.

Qeyd edək ki, bu ilin 22 oktyabrında 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirib. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR