Bakıda qadını öldürən şəxs tutulub -

Bakıda qadını öldürən şəxs tutulub.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. O bildirib ki, ötən gün 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri rəsmi münasibətdə olduğu, 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub. Sonuncu aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Hadisəni törədən S. Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR