Noyabrın 28-də polis əməkdaşları tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına küçəyə atılmış 8 aylığa uyğun qız uşağı gətirilib.
Metbuat.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb. Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər. Faktla əlaqədar müvafiq qurumlara məlumat verilib.