Milli Məclisin növbəti plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Metbuat.az-ın məlumatına görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 mln. manat, xərcləri isə 26 894,7 mln. manat məbləğində proqnozlaşdırılır.

Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda qəbul olunub.