Spirtli, enerji içkisi içənlərin nəzərinə -

Milli Məclisin bu gün keçirilən iclasında Vergilər Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.

Metbuat.az-ın məlumatına görə, dəyişikliklə Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, enerji (spirtli və spirtsiz) içkiləri, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələri artırılıb.

Məcəllənin 190-cı maddəsinə edilən dəyişikliyə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likörün hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılıb.

Konyakın hər litri üçün isə aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata, spirtli energetik içkilərin hər litri üçün aksiz vergisi 2 manatdan 2,1 manata, spirtsiz enerji içkilərinin hər litri üçün aksiz vergisi 3 manatdan 3,1 manatadək artırılıb.

Bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisi tutulacaq.

Qeyd edək ki, Vergilər Məcəlləsinə ümumilikdə 7 istiqamət üzrə 160-dan çox dəyişiklik olunub. (oxu.az)

Dəyişikliklər, 2020-ci ilin yanvarın 1-dən tətbiq ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR