"Qızım Ombudsman seçilərkən bir ata kimi sevincdən gözlərim yaşardı” -

“Qızım Səbinə Əliyevanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim”.

Metbuat.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev qızı Səbinə Əliyevanın Ombudsman seçilməsinə münasibət bildirərkən deyib.

Yaşar Əliyev çətin və məsuliyyətli işdə qızına uğur arzulayıb: “Bir ata kimi ümid edirəm ki, Səbinə Əliyeva ona həvalə olunan vəzifənin öhdəsindən gələcək. Bu çətin və məsuliyyətli işdə ona uğurlar arzulayıram”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR