Bakı-Quba yolunda qəza,

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun 8,7-ci kilometrliyində qeydə alınıb. Yüksək sürətlə idarə olunan “AzSamand” markalı minik avtomobili maneəyə çırpılıb. Qəza nəticəsində kimliyi hələlik bilinməyən 25-30 yaşlarında iki nəfər ölüb.

Onların kişi olduğu bildirilir. Ölən şəxslərin kimliklərinin müəyyən edilməsi ətrafında araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR