Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verib.

Publika.az xəbər verir ki, bununla bağlı dövlət başçısı bu gün sərəncam imzalayıb.