Bakıda zəhərlənən tələbələrin

Nizami rayonu NZS qəsəbəsində zəhərlənən tələbələr evə buraxılıb.

Metbuat.az xəbər verir ki, axşam saatlarında 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr – 1998-ci il təvəllüdlü Tağıyev Niyaməddin Qəhrəman oğlu və 1999-cu il təvəllüdlü Həsənov Elşad Sadiq oğlu ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Onlar kirayələdikləri evdə turşu yediklərini bildiriblər.

Qeyd edək ki, N.Tağıyev Bakı Dövlət Universitetinin, E.Həsənov isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dördüncü kurs tələbələridir. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR