Bakı, 18 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 15,5 milyon ton neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çoxdur. Nəqletmənin 77,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri – BTC ilə həyata keçirilib və bu boru kəməri vasitəsilə 12 milyon ton neft ötürülüb. Dörd ayda gəmilər vasitəsilə Azərbaycana gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,5 milyon ton tranzit Türkmənistan nefti nəql edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.