İran raketlərini işə salır: Rusiya və Çinlə birlikdə...

İran raketlərini işə salır: Rusiya və Çinlə birlikdə...
18:18 30 Noyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Hind okeanında İran, Rusiya və Çin arasında hərbi dəniz təlimləri gələn ay keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi danışıb.

O bildirib ki, hərbi təlimləri keçirməkdə məqsəd kollektiv təhlükəsizliyi təmin etmək, Hind okeanının şimalında təhlükəsizliyi gücləndirməyə köməklik göstərməkdir.

Komandan bundan başqa, İranın bütün sualtı gəmilərinin “Cask-2” raketləri ilə təchiz ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, artıq raket kütləvi istehsalına keçid edilib. Bundan başqa, raketlərin “Cask 3” adlı yeni versiyasının istehsalı üçün hazırlıqlar gedir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/297729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR