19 il əvvəl qurduğu şirkətini eBay-da 4 milyard dollara geri alır

19 il əvvəl qurduğu şirkətini eBay-da 4 milyard dollara geri alır
22:22 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

EBay, Stubhub-ı 4,05 milyard dollar nağd qarşılığında İsveçin Viagogo bilet satış platformasına satacağını açıqlayıb. Satış prosesinin ilk rübün sonuna kimi gerçəkləşdirilməyi gözlənilir. Bu xəbərdən sonra EBay hissələrinin dəyərinin artığını bildirib.

Milli.Az techland.az-a istinadən bildirir ki, bu arada xatırladaq ki, Viagogo-nun baş direktoru Eric Baker biznes fakultəsində təhsil alarkən StubHub şirkətini şəriki ilə qurmuşdu. 2007-ci ildə ortağı ilə mübahisə nəticəsində StubHub-un eBay-a 310 milyon dollara satılmasından əvvəl Baker şirkətdən ayrılmış və indi yenidən StubHub-a qovuşdu.

Viagogo və StubHub şirkətlərinin birləşməsi sayəsində şirkət dünyanın 70-dən çox ölkəsində bilet satmağı bacaracaq. Azarkeşlər tərəfindən əhatə olunan tədbirlərin sayı artdıqca, satış qrupları və sənətkarlar bütün dünyada daha geniş auditoriyanı əhatə edə biləcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR