Budapeşt küçələrində Milad tramvayları görünəcək

Budapeşt küçələrində Milad tramvayları görünəcək
08:12 1 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Dünəndən etibarən Milad bayramının sonuna qədər Budapeştin küçələrində qədim tramvaylar görünür. Ənənəyə görə, bu tramvaylar həm içəridən, həm də bayır tərəfdən işıqlandırılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəllər həmin tramvaylar yalnız bir marşrut üzrə - Dunay çayının sahili boyunca hərəkət edirdilər. Bu dəfə isə, Macarıstan paytaxtının sakinləri və qonaqları şəhərin müxtəlif hissələrində bu tramvaylara minə biləcəklər.

Ağ və göy rəngli "soyuq" diod lampaları ilə işıqlandırılan Milad tramvaylarının görkəmi qış gecələrində əsl bayram əhvalı yaradacaq.

Bu ənənənin tarixi çox da qədim deyil.

Bu il yeddinci dəfə rels üzərinə çıxacaq Milad tramvaylarında gediş haqqı adi tramvay, avtobus və trolleybuslarda olduğu qədərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/806757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR