Əfqanıstanda “Taliban” liderlərindən biri zərərsizləşdirildi

Əfqanıstanda “Taliban” liderlərindən biri zərərsizləşdirildi
12:37 1 Dekabr 2019
93 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın şimal-qərbində "Taliban" hərəkatının əsas komandirlərindən biri Məvlavi Nuriddin zərərsizləşdirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə Əfqanıstan milli ordusunun 209-cu korpusunun Mətbuat mərkəzinin rəhbəri Hanif Rezai açıqlama verib.

Taliblərin hökümət gücləri ilə hərbi toqquşması Minqacik rayonu ərazisində baş verib və bir saatdan çox davam edib. Toqquşma nəticəsində Nuriddinlə birlikdə beş silahlı öldürülüb, daha yeddi döyüşçü və səhra komandiri yaralanıb.

Toqquşmadan sonra silahlılar itki verərək geri çəkiliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR