Rusiyaya qarşı yeni sanksiyalar

Dekabr ayında "Şimal axını-2" enerji lahiyəsinə qarşı yeni iqtisadi sanksiyalar paketinin təbiq ediləcəyi gözlənilir.

Metbuat.az-ın məlumatına görə, bu barədə Avropanın nüfuzlu "Bild" nəşri Birləşmiş Ştatlar Konqresindəki etibarlı mənbələrə istinadən xəbər verir.

İqtisadi sanksiyalar əsasən boru xəttinin çəkilişində iştirak edən şirkətləri əhatə edəcək.

Senator Cim Riş Kanadada keçirilən təhlükəsizlik forumunda açıqlayıb ki, Rusiya təkbaşına belə bir enerji layihəsini reallaşdıra bilməz və ABŞ buna icazə verməyəcək.

"Mən düşünürəm ki, layihəni həyata keçirmək üçün Rusiya başqa çıxış yolu axtarmalıdır, əgər onlar bunu bacara bilsələr", - deyə senator bildirib.

Qeyd edək ki, "Şimal axını-2" boru xəttinin çəkilişində Avropanın tanınmış şirkətləri iştirak edir.

Bunların arasında İsveçrənin "Allseas" şirkəti, eyni zamanda Almaniyanın bir neçə şirkət bu işdə Rusiya nəhəngi Qazpromla əməkdaşlıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR