Sabah hava necə olacaq? -

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Dekabrın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR