Balakəndə 9 yaşlı uşağı sahibsiz itlər dişləyib

Balakəndə 9 yaşlı uşaq sahibsiz itlərin hücumuna məruz qalıb.

Metbuat.az-ın məlumata görə, bu gün günorta saatlarında rayonun Kortala kənd sakini, 2010-cu il təvəllüdlü Sənan Habil oğlu Qəmzəyev sol ayağın baldır nahiyəsindən it dişləməsi xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

S.Qəmzəyev müayinə edildikdən sonra ona quduzluğa qarşı peyvən vurulub. Onun xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR