Fransanın cənub-şərqində minə yaxın insan işıqsız qalıb - yağışa görə

Fransanın cənub-şərqində minə yaxın insan işıqsız qalıb - yağışa görə
00:47 2 Dekabr 2019
66 Dünya
Ölkə mətbuatı
A- A+

Güclü yağışlar Fransanın Dənizkənarı Alplar departamentində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə "France Info" radiostansiyası bildirib.

Məlumata əsasən, ümumilikdə minə yaxın insan işıqsız qalıb, lakin yenə də güclü yağışlar davam edir və yeni problemlərə səbəb olur.

Météo-France meteoroloji xidmətinin verdiyi məlumata görə, 12 saat ərzində cənub-şərqdəki bəzi rayonlarda 120 mm-ə qədər yağıntılar qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR