“Report” xəbər verir ki, bu barədə “Reuters” aviaşirkətin açıqlamasına istinadən məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda təyyarəyə dəyən ziyanın miqdarı hesablanır.
Qeyd olunub ki, silahlı insident bazar günü səhər saatlarında terrorçuların hökumət ordusu ilə döyüşdüyü ərazidə baş verib.
Qeyd edək ki, regionda “Boko Haram” terror qruplaşması fəaliyyət göstərir, Nigeriyada şəriət dövlətinin qurulmasını istəyirlər. Onlar eyni zamanda onlar Kamerun və Çadda bir neçə terror aktı törətməkdə şübhəli bilinirlər.