Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər
13:12 2 Dekabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar yaydığı açıqlamasında bildirilib. 
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər. Bundan sonra da həm ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibində, həm də istər Azərbaycan, istərsə də Ermənistanla yaxın münasibətlərimizi nəzərə alaraq milli keyfiyyətdə həll yoluna töhfəmizi verməyə davam edəcəyik", - şərhdə bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/rusiya-xi-n-qarabag-munaqisesi-yalniz-siyasi-diplomatik-vasitelerle-h

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR