Qarabağda Ermənistan ordusunun bir hərbçisi ölüb, biri də yaralanıb

Qarabağda Ermənistan ordusunun bir hərbçisi ölüb, biri də yaralanıb
16:32 2 Dekabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1998-ci ildə anadan olmuş Artur Acamyan qeyri-müəyyən şəraitdə ölüb, 1999-cu ildə anadan olmuş hərbçi David Melikbekyan isə yaralanıb.
“Report” “RusArminform”a istinadən xəbər verir ki, hadisə Ermənistan hərbçilərinin yerləşdikləri ərazidə olub.
Bildirilib ki, hərbçilərin ölməsi və yaralanmasının səbəbi hələ ki məlum deyil.
Hadisənin səbəbi araşdırılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/qarabagda-ermenistan-ordusunun-bir-herbcisi-olub-biri-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR