İsrail səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

İsrail səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
17:42 2 Dekabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib. 
XİN-dən "Report"a verilən məlumata görə, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Corc Dik etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov Corc Dik diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-srail-sefiri-etimadnamesinin-suretini-elmar-memmedyarova-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR