Kriştianu Ronaldu "Qızıl top"un təltifetmə mərasiminə qatılmayıb

Kriştianu Ronaldu "Qızıl top"un təltifetmə mərasiminə qatılmayıb
23:47 2 Dekabr 2019
124 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdəki Şatle teatrında "Qızıl top" mükafatının təltifetmə mərasimi başlayıb.
"Report"un məlumatına görə, tədbirin aparıcıları keçmiş frutbolçu Didye Droqvba və aktrisa Sendi Erberdir. 
Mükafata namizədlərdən Kriştianu Ronaldu mərasimə qatılmayıb. Bu isə İtaliya "Yuventus"unun portuqaliyalı hücumçusunun mükafatçı olmayacağı anlamına gəlir.
Qeyd edək ki, digər namizədlər İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi ilə İngiltərə "Liverpul"unun Niderlanddan olan müdafiəçisi Vircil van Deykdir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qizil-top-mukafatinin-teltifetme-merasimi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR