Alisson ilin ən yaxşı qapıçısı adına layiq görülüb

Alisson ilin ən yaxşı qapıçısı adına layiq görülüb
00:29 3 Dekabr 2019
133 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Liverpul" futbol klubunun braziliyalı qapıçısı Alisson Bekker "France Football" nəşrinin versiyasına görə ilin ən yaxşı qapıçısı adına layiq görülüb.

Trend-in məlumatına görə, braziliyalı qapıçıya sentyabr ayında təsis edilmiş "Lev Yaşın" mükafatı təqdim edilib.

İlin ən yaxşı qapıçıları sıralamasında ikinci yeri "Barselona" klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegen, üçüncü yeri isə "Mançester Siti" klubunun ingiltərəli qapıçısı Ederson tutublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3157706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR