Lavrov: "Rusiya ilə Azərbaycan arasında nəqliyyat qovşaqları üzrə çox sıx əməkdaşlıq qurulub"

Lavrov: "Rusiya ilə Azərbaycan arasında nəqliyyat qovşaqları üzrə çox sıx əməkdaşlıq qurulub"
14:02 3 Dekabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

"Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müsbətdir, çünki bu sahə strateji əməkdaşlığın bir hissəsidir".
"Report" xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycana gələn turistlərin sayına görə (təxminən, bir milyon nəfər) birinci yerdədir. "Bundan əlavə, nəqliyyat qovşaqları üzrə də ölkələr arasında çox sıx əməkdaşlıq qurulub, "Şimal-Cənub" və "Şərq-Qərb" kimi beynəlxalq layihələrdə Azərbaycan və Rusiyanın rolu getdikcə artır", - S.Lavrov bildirib.
E.Məmmədyarov isə Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolundan çox fəal istifadə etdiyini diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/lavrov-rusiya-ve-azerbaycan-arasinda-neqliyyat-qovsagi-qurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR