20 Yanvar qan yaddaşımızdır

20 Yanvar qan yaddaşımızdır
20:28 16 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı mərasim keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, mərasimdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov 1990-cı il 20 Yanvar gününün xalqımızın azadlığı uğrunda çarpışanların tarixi olduğunu söyləyib. Bildirilib ki, o qanlı gündən 25 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlarda silinməz iz buraxıblar. Onların mübarizliyi bugünkü gəncliyimiz üçün örnəkdir. O illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdir ki, erməni hiyləgərliyi, xəyanəti xalqımız üçün böyük bəlaya çevrilib. Elm adamları, ziyalılar daim xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmalıdırlar. 20 Yanvar faciəsi son dövrlərin ən qanlı hadisələrindən biridir. Lakin bu gün həm də xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında o vaxt Moskvada yaşayan, xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.
Digər çıxış edənlər də 20 Yanvar faciəsini heç vaxt unutmayacaqlarını bildiriblər.
Sonda Qanlı Yanvar hadisələrinə həsr edilən sənədli film nümayiş olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR