20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır

20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır
20:33 16 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 16 yanvar, AzərTAc 
Yanvarın 16-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində “20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Firudin Əhmədov 25 il əvvəl keçmiş sovet imperiyasının Bakıda törətdiyi qanlı cinayətləri yada salaraq qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib.
Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova mövzu ilə bağlı məruzə edib.
Tədbirdə çıxış edənlər o dəhşətli günlərdə qızıl qanları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildiriblər.
Toplantıda bu böyük faciəyə hələ Moskva şəhərində yaşadığı dövrdə ilk etirazını bildirən və bu hadisəyə düzgün qiymət verən ulu öndər Heydər Əliyevin söylədiyi “20 Yanvar Azərbaycan tarixinin təkcə qanlı səhifəsi deyil, həm də şanlı səhifəsidir” sözləri bir daha diqqətə çatdırılıb.
Məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlərdən parçalar ifa ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR