Deputat Yevda Abramovun qızı atasının durumu ilə bağlı açıqlama verib

Deputat Yevda Abramovun qızı atasının durumu ilə bağlı açıqlama verib
10:42 4 Dekabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

“Atam hazırda reanimasiyadadır. Səhhətində yaxşılığa doğru cüzi irəliləyiş var”.
Bunu “Report”a açıqlamasında səhhətində problemlər yaranan Milli Məclisin deputatı Yevda Abramovun qızı Bəsti Yusifova deyib.
“Həkimlərin sözlərinə görə, ola bilər hər şey yaxşı olsun və yenidən palataya köçürülsün”, - deputatın qızı bildirib. 
Qeyd edək ki, yəhudi əsilli Y.Abramov 1948-ci ildə Qubanın Qırmızı Qəsəbəsində anadan olub. O, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. 
Bir neçə ildir səhhətində problemlər olan deputatın müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxanada davam etdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/deputat-yevda-abramovun-qizi-atasinin-durumu-ile-bagli-aciqlama-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR