Xanım Qafarovanın qızı Mahsun Kırmızıgüllə -

Dünən Mahsun Kırmızıgülün rejissorluq etdiyi “Mucize 2: Aşk” filminin Türkiyədə premyerası olub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qala gecəsində Demet Akbağ, Hamdi Alkan, Edip Akbayram, Burak Kut, Manuş Baba, Funda Arar, Orhan Gencebay, Emel Müftüoğlu, Nurseli İdiz, İrem Helvacıoğlu, Murat Ünalmış və başqaları iştirak edib.

Qonaqlar arasında Azərbaycanın Əməkdar artisti, mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər də yer alıb. O, ekran işində epizodik bir obraz canlandırıb. Gövhərin fotolarını Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, film fiziki məhdudiyyəti olan Əzizlə xanımının dramından bəhs edir. Ekran işi 6 dekabrdan etibarən kinotetarlarda nümayiş etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR