Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar
14:52 5 Dekabr 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb.

Bu gün həmin tələbələr evə buraxılıblar.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, dekabrın 3-də kirayə yaşadıqları evdə iki tələbənin vəziyyəti pisləşib. Yasamal ryonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı KTM-ə çatdırıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/808024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR