Gələn il Bakıda 2, regionlarda 1 "ASAN xidmət" mərkəzi açıla bilər

Gələn il Bakıda 2, regionlarda 1 "ASAN xidmət" mərkəzi açıla bilər
15:02 5 Dekabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

"Gələn il Bakıda 2, regionlarda 1 ASAN xidmət mərkəzinin açılacağı gözlənilir". 
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov jurnalistlərə açıqlamasında deyib. 
Onun sözlərinə görə, paytaxtdakı "ASAN xidmət" Nərimanov rayonunda və Xətai rayonunda, Ukrayna dairəsi ətrafında olacaq. 
C.Salmanov Sumqayıtdakı ikinci ASAN Xidmətin tikintisinə gələn il başlanılacağını vurğulayıb: “Sumqayıt böyük şəhərlərimizdən biridir və burada əhali sıxlığı var. Ona görə də xidmətlərə böyük tələbat mövcuddur. “Gənclik şəhəri”ndə yeni ASAN Xidmətin açılması şəhərdə vətəndaşlara daha operativ xidmətlərə ehtiyac var. Yəqin ki, tikintiyə gələn il başlanılacaq və 2021-ci ildə istifadəyə veriləcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/gelen-il-bakida-2-regionlarda-1-asan-xidmet-merkezi-acila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR