x
Loading...

Xudatda çirkab suları daşıyan avtomobil qəzaya uğrayıb, ətrafı üfunət iyi bürüyüb -

Xaçmaz rayonunda yol qəzası baş verib.

Metbuat.az-ın verdiyi məlumata görə, hadisə Xudat şəhəri ərazisində, Nabran yolu istiqamətindəki körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, "QAZ-53" markalı çirkab suları daşıyan yük maşını "Mitsubishi L200" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib, həmçinin tullantı ətrafa dağıldığından ərazini üfunət iyi bürüyüb.

Faktla bağlı araşdırma aparılır. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR