"Azərbaycandakı oyunlarda ev sahibi kimi olacağıq" - "Fənərbağça"nın futbolçusu

"Azərbaycandakı oyunlarda ev sahibi kimi olacağıq" - "Fənərbağça"nın futbolçusu
18:57 5 Dekabr 2019
132 İdman
Ölkə mətbuatı
A- A+

"Şenol Günəş şans versə, Avropa çempionatında millinin heyətində yer almağı çox istəyirəm. Bu, hər kəsin hədəfi, xəyalıdır".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin üzvü Dəniz Türüc "Habertürk"ə açıqlamasında deyib.

Avro-2020-də A qrupuna düşmələrini dəyərləndirən "Fənərbağça"nın 26 yaşlı yarımmüdafiəçisi iki oyunu Bakıda keçirməyin onlar üçün üstünlük olacağını bildirib:

"Çətin qrupdur, amma imkansızdır deyilən bir şey yoxdu. Azərbaycanda keçirəcəyimiz oyunlarda ev sahibi kimi olacağıq. İtaliya ilə açılış matçında uğurlu başlanğıc etsək, qrupdan çıxmaq şansımız yüksək olar. Hədəfimiz ilk iki yerdən birini tutaraq, növbəti mərhələyə çıxmaq, daha sonra da bacardığımız qədər irəliləməkdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/808027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR