Qaxda 30 yaşlı qadın yoxa çıxıb

Qaxda 30 yaşlı qadın itkin düşüb.

Metbuat.az-ın məlumatına görə, rayon sakini Şəmil Cəmilov Qax rayon Polis Şöbəsinə müraciət edərək həyat yoldaşı, 1989-cu il təvəllüdlü Bahar Cəmilovanın oğlu Adıgözəli məktəbdən gətirmək adı ilə evdən çıxdığını, uşağın evə gəldiyini, lakin həyat yoldaşının geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR