Android 11 ilə birlikdə Bluetooth funksiyaları artır

Android 11 ilə birlikdə Bluetooth funksiyaları artır
08:57 7 Dekabr 2019
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

Android əməliyyat sisteminin növbəti versiyası Android 11 ilə bağlı ilk yeniliklər ortaya çıxdı. Bundan əvvəlki versiyalarda Təyyarə Rejimi-nə keçid edəndə cihaza Bluetooth üzərindən qoşulu bütün cihazlar deaktiv olurdu. Lakin Google bunun istifadəçilər üçün çox da faydalı bir funksiya olduğundan şüphə edərək növbəti versiyada bunu ləğv edəcək. Milli.Az technote.az-a istinadən bildirir ki, Google şirkətinin AOSP Gerrit səhifəsində aşkarlanan məlumatlara görə "Bağlanan cihazlara həssas Bluetooth Təyyarə rejimi" adında yeni bir dəyişiklik tapıldı.

Android 11 ilə gələn bu funksiya aktivləşəndə sistem cihaza bluetooth üzərindən başqa bir cihazın bağlı olub olmadığını yoxlayacaq. Əgər əlaqələnən başqa bir cihaz varsa, Bluetooth Wi-Fi ilə birliktə söndürülməyəcək.

 

Şəkildən göründüyü kimi Təyyarə rejimində keçid edəndə Bluetooth aşağıdakı 2 halda avtomatik söndürülməyəcək:

Bluetooth A2DP profili aktiv və qoşulu olanda. ( Yəni hər hansı qulaqcıq qoşulu olanda )  Bluetooh Eşitmə cihazları profili aktiv olanda.

Görünən odur ki, bu funksiya sadəcə qulaqcıqlar üçün keçərlidir. Ağıllı saatlar və biləkliklər üçün də istifadə olunub olunmayacağı bilinmir. Artıq qulaqcıqların naqilsiz istifadəyə keçməsini nəzərə alanda yararlı bir funksiya kimi düşünülə bilər. Lakin istifadəçilərin Google-dan Android 11 ilə gözlədikləri yeniliklər daha effektiv və böyük şeylərdir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR