Tərcümə aparatı işləmədi, Putin almanca danışdı -

Soçi şəhərində almaniyalı iş adamları ilə görüşən Rusiya Prezidenti Vladimir Putin almanca danışmağa məcbur olub.

Metbuat.az xəbər verir ki, buna səbəb sinxron tərcümə aparatının işləməməsidir.

Belə ki, almaniyalı nümayəndələrin çıxılmaz vəziyyətdə qaldığını görən Putin üzünü onlara tutaraq soruşub: "Was ist los?" ("Nə baş verib?").

Konfrans iştirakçıları bunu gülüşlə qarşılayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR