Bağdadda naməlum silahlıların etirazçılara qarşı silahlı hücumu nəticəsində azı 16 aksiya iştirakçısı ölüb, 30-dan çox insan isə yaralanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü "Al Arabiya" məlumat yayıb.
Məlumata görə, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilyani meydanına qədər gələrək oradakı etirazçılara atəş açıblar. Rəsmi mənbələr 7 nəfərin öldüyünü və 30-a yaxın yaralının olduğunu bildirib. Təxribatın arxasında kimin dayandığı hələlik məlum deyil.
"Al Arabiya"nın məlumatına görə, etirazçılar ordunu baş verənlərə müdaxiləyə və onları müdafiə etməyə çağırıb.
Buna qədər "Reuters" agentliyi 6 nəfərin ölməsi barədə xəbər vermişdi. Bildirilirdi ki, hadisə Bağdadın mərkəzindəki Təhrir meydanında baş verib.
Milli.Az