Fransda tətil səbəbi ilə müştəri fəaliyyətində 30% azalma olub

Fransda tətil səbəbi ilə müştəri fəaliyyətində 30% azalma olub
14:05 7 Dekabr 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

5 dekabr tarixindən etibarən Fransanı bürüyən nəqliyyat işçilərinin təşkil etdiyi ümumi tətilin ilk günündə fransızların alış fəaliyyəti 30% azalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nümayişlər zamanı [vandalların hərəkətlərindən] maddi ziyan məhdud olsa da, tətilin təsiri böyük şəhərlərin mərkəzi ərazilərində nəqliyyat tətili, mağazalarda müştərilərin əhəmiyyətli dərəcədə azalması, həmçinin bir çox müəssisələrin tam və ya qismən bağlanması səbəblərindən hiss olunub.

Bundan əlavə, Ticari Müəssələr İttifaqı Fransada turizm sahəsi üçün ola biləcək fəsadlardan, Milad və Yeni il günlərində çox sayda Paris və digər şəhərlərə gələn xarici turist axınının azalmasından narahatçılığını bildirir.

Ticari Müəssisələr İttifaqı, 26 min mağaza və 200 min işçisi olan ticarət sahəsindən bir neçə peşəkar təşkilatı birləşdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/808501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR