Bağdadda silahlı şəxslər nümayiş iştirakçılarına atəş açıb, 50 nəfər ölüb

Bağdadda silahlı şəxslər nümayiş iştirakçılarına atəş açıb, 50 nəfər ölüb
15:52 7 Dekabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

İraqın paytaxtı Bağdadda dünən gecə naməlum silahlı şəxslərin etirazçılara hücumu nəticəsində azı 50 nəfər ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, məlumatı "Al Arabiya" telekanalı yayıb.
Qeyd olunur ki, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına yaxınlaşaraq oradakı etirazçılara atəş açıblar. Atışma bir neçə saat davam edib.
Hələlik bu təxribatın arxasında kimin dayandığı müəyyənləşdirilməyib, lakin məlumdur ki, dəfələrlə nümayişçilərə qarşı silah işlətməkdə ittiham olunan təhlükəsizlik qüvvələrinin bu işdə əli yoxdu.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-namelum-silahli-sexsler-bagdadda-50-etirazcini-gulleleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı